Yuxarı
    Bağlamaq

    Nazir: "Ermənistan ilə Azərbaycan arasında hərbi balans son illər ərzində bizim xeyrimizə dəyişib"

    Dinlə
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov

    Bakı. 22 iyun. REPORT.AZ/ "Son illər ərzində hərbi potensialımız xeyli dərəcədə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib".

    "Report"un məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

    O vurğulayıb ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub: "Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi".     

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi