Nazir Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Nazir Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb Görüşdə prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib
Qarabağ
24 Sentyabr , 2014 11:54
Nazir Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb
Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbəndyan ilə görüşüb. "Report"a Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi