Yuxarı

​NATO təmsilçisi: "Dağlıq Qarabağla bağlı status-kvo uzun müddət belə qala bilməz"

Ceyms Appaturay :Hazırda danışıqlar masasında çoxlu ideyalar var

Bakı. 8 iyul. REPORT.AZ/"Dağlıq Qarabağla bağlı mövcud vəziyyət uzun müddət belə qala bilməz,o danışıqlar yolu ilə dəyişdirilməlidir".

"Report" xəbər verir ki, bunu NATO baş katibini Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Svoboda" radiosuna müashibəsində bildirib.

"Hazırda danışıqlar masasında çoxlu ideyalar var. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri erməni həmkarından sonra NATO-da oldu. Hər iki tərəfin təmsilçisi məsələyə öz dəqiq mövqeyini qoyub. Biz doğrudan da status-kvo-nun uzun müddət belə davam edəcəyinə inanmırıq.O danışıqlar yolu ilə dəyişdirilməlidir", - deyə baş katibin təmsilçisi vurğulayıb.

Appaturay Azərbaycan və Ermənistan arasında baş verənləri NATO-nun izlədiyini söyləyib: "Hər iki tərəf NATO üçün vacib tərəfdardır.Bu problem bizi narahat edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi