Yuxarı

​NATO Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirməyə çağırır

Alyans təmas xəttində itkilərdən necə yayınmaq haqqında fikir bildirməkdən imtina edib

Bakı. 18 mart. REPORT.AZ/ NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirmək və münaqişəni sülh danışıqları yolu ilə nizamlamağa çağırır.

"Report" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosunun NATO baş katibi Yens Stoltenberqə ünvanladığı yazılı suallara verilən cavabda bildirilir.

Şimali Atlantika Alyansı tərəfləri konstruktiv olmağa çağırır.

"Bu kimi uzadılmış münaqişələr müttəfiqlərin xüsusi narahatlığı üçün səbəbdir. Biz əvvəlki kimi Qafqaz regionunda sülh və stabilliyə Avroatlantikanın təhlükəsizliyi üçün başlıca səbəblərdən biri kimi nəzərdən keçirir. Biz region ölkələri ilə həm siyasi, həm də əməli aspektlərdə əməkdaşlığı davam etdirəcəyik", - deyə NATO-nun yazılı cavabında bildirilir.

NATO qeyd edir ki, münaqişə narahatçılıq obyekti olmaqla yanaşı, həm də region xalqlarının Avroatlantik cəmiyyətinin üzvləri kimi öz potensiallarını tam açmasına mane olur.

Şimali Atlantika Alyansı, həmçinin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə davam etdiyini bildirib. Alyans bu konteksdə Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə nizamlanmasına yönələn, bu prinsip və beynəlxalq qanuna, BMT xartiyasına və Helsinki yekun aktına əsaslanan bütün səyləri yenə də dəstəkləyəcək.

Alyans təmas xəttində itkilərdən necə yayınmaq və snayperlərin ön cəbhədən çıxarılmasının lazım olub-olmaması haqqında fikir bildirməkdən imtina edib.

"Danışıqları ATƏT-in Minsk qrupu aparır. Biz Minsk qrupunun rolunu tam dəstəkləyirik və NATO-nun ayrıca roluna zərurət görmürük. NATO-nun Cənubi Qafqaz üzrə siyasəti dəyişməyib", - deyə alyansın məlumatında yazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi