Yuxarı

NATO PA-nın seminarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

Deputatlar Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak edəcəklər

Bakı. 10 iyun. REPORT.AZ/ Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbas bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq. Həmçinin Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı durum barədə məlumat verəcək.

Səfər iyunun 18-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi