​NATO-nun baş katibi: "Tərəflərin Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməkdən qaçması vacibdir"

​NATO-nun baş katibi: "Tərəflərin Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməkdən qaçması vacibdir" Yens Stoltenberq: "Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır və biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk"
Qarabağ
12 Fevral , 2016 13:32
​NATO-nun baş katibi: Tərəflərin Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməkdən qaçması vacibdir

Bakı. 12 fevral. REPORT.AZ/ "Tərəflərin Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı vəziyyətin gərginləşdirilməsindən qaçmaq üçün iradə nümayiş etdirməsi vacibdir".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Azadlıq" radiosuna müsahibəsində bildirib.

Amma baş katib ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Klapperin 2016-cı ildə Dağlıq Qarabağ bölgəsində münaqişənin kəskinləşəcəyi haqda dediklərinə münasibət bildirməkdən yayınıb. 

Y.Stoltenberq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri izlədiklərini də bildirib. 

Baş katib deyib ki, Azərbaycan və Ermənistan NATO-nun tərəfdaşıdır: "Biz hər iki dövlətlə əməkdaşlığı yüksək qiymətləndiririk".

Son xəbərlər

Orphus sistemi