Yuxarı

NATO baş katibinin müavini: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz

Gərginliyin dərhal azaldılması və ATƏT-in Minsk qrupunun himayəsi altında diplomatik irəliləyiş əldə edilməsi tələb olunur

Bakı. 21 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ola bilməz". "Report" xəbər verir ki, bu fikri Brüsseldə Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla görüşdən sonra NATO baş katibinin müavini Aleksandr Verşbou "Twitter" hesabında yazıb.

"Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin dərhal azaldılması və ATƏT-in Minsk qrupunun himayəsi altında diplomatik irəliləyiş əldə edilməsi tələb olunur", - deyə A.Verşbou yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi