Yuxarı

Müvəqqəti işlər vəkili: “ABŞ helikopterin vurulmasına gətirib çıxaran hadisələrə görə təəssüflənir”

“ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini öz diqqətlərini yenidən münaqişənin dinc yolla nizamlanmasına yönəltməyə çalışır”

Bakı. 20 noyabr. REPORT.AZ/ “ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini öz diqqətlərini yenidən münaqişənin dinc yolla nizamlanmasına yönəltməyə çalışır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan Silahlı Qüvvələri tərəfindən noyabrın 12-də vurulan Mi-24 helikopterlə bağlı məsələni şərh edərkən deyib.

O xatırladıb ki, helikopterin vurulması ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə bəyanatlar veriblər:

“Biz helikopterin vurulmasına gətirib çıxaran hadisələrə görə təəssüflənirik. Prezidentlərin Soçi və dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə, ən son isə Parisdə Fransua Ollandın iştirakı ilə görüşlərində müəyyən irəliləyişlər, razılaşmalar əldə olunub. Biz tərəfləri həmin əldə olunmuş irəliləyişlər və razılaşmaları davam etdirməyə və bunun nəticəsində isə yekun dinc nizamlanmaya nail olmağa çağırırıq” - deyə D.Hoqan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi