Yuxarı
    Bağlamaq

    Münhendə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılıb

    Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib

    Bakı. 16 fevral. REPORT.AZ/ Münhen görüşü zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoqland (ABŞ) və Ermənistan XİN başçısı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparıblar.

    “Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.

    Görüş zamanı bildirilib ki, Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların reallaşdırılması münaqişənin sülh yolu ilə nizama salınmasında lazımi şəraitin yaradılması üçün vacibdir.

    Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi