“Mundo Internacional” jurnalında “Xocalı soyqırımı hadisəsi konfransı” sərlövhəli məqalə dərc olunub

“Mundo Internacional” jurnalında “Xocalı soyqırımı hadisəsi konfransı” sərlövhəli məqalə dərc olunub Məqalədə Xocalı soyqırımı zamanı törədilmiş cinayətlərdən bəhs edilib
Qarabağ
15 Aprel , 2015 10:07
“Mundo Internacional” jurnalında “Xocalı soyqırımı hadisəsi konfransı” sərlövhəli məqalə dərc olunub

Bakı. 15 aprel. REPORT.AZ/ Meksikada nəşr edilən “Mundo Internacional” jurnalının növbəti buraxılışında (30-cu nəşr) “Xocalı soyqırımı hadisəsi konfransı” (Conferencia “El caso del Genocidio de Jodyali) sərlövhəli məqalə dərc olunub. Bu barədə “Report”a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Məqalədə Konqresin Deputatlar Palatasının üzvü, Palatanın İdarə Şurasının katibi, xanım Maqdalena del Sokorro Nunyez (Magdalena del Socorro Nunez) təşkilatçılığı ilə Meksika Konqresi Deputatlar Palatasında keçirilmiş “İnsan oğurluğu və soyqırım əleyhinə beynəlxalq gündəm” tədbiri çərçivəsində, Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov tərəfindən “Xocalı soyqırımı hadisəsi” adlı konfransın təqdim edildiyindən bəhs olunub.

Meksika Sülh, Ədalət və Ətraf Mühit Birgə Fondunun baş direktoru sülh təbliğatçısı və hüquq müdafiəçisi Alfredo Roxas Dias Duranın tədbirin əsas məqsədi barədə iştirakçılara məlumat verib, həmçinin Ukraynanın Meksikadakı səfiri Ruslan Spirinin mövzu ilə əlaqədar dinləyicilərə məruzə etdiyi yazılıb.

Daha sonra səfir İ.Muxtarovun, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edilməsi və münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər barədə geniş məlumat verərək, xüsusilə də 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı soyqırımı zamanı törədilmiş cinayətlərdən və Azərbayacan xalqının çəkdiyi əzab-əziyyətlər haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Sonda məqalədə konfransda bir sıra ölkələrin Meksikadakı səfirlərinin - Gürcüstan səfiri Malxaz Mikeladze, Pakistan səfiri Aitzaz Əhməd, Bolqarıstan səfiri Xristo Georgiev və Slovakiya səfiri Yaroslav Blaskonun, həmçinin Meksika Konqresi Deputatlar Palatasının üzvülərinin və müxtəlif universitetlərin tələbələrinin də iştirak etməsi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi