Yuxarı

Ötən il Müəllif Hüquqları Agentliyi erməni saxtakarlıqlarını ifşa edən 5 kitab çap edib

Kitablardan bəziləri müxtəlif dillərdə nəşr olunub

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Müəllif Hüquqları Agentliyində erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib.

Bu barədə “Report”a agentlikdən məlumat verilib.

Eyni zamanda, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları işıq üzü görüb.

Məlumatda bildirilib ki, həmçinin ermənilər tərəfindən mütəmadi olaraq erməni nümunələri kimi qələmə verilən və ya ifa edilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimizin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə yerli KİV-lər və yayım kanalları vasitəsi ilə il ərzində müsahibələr, şərh və bəyanatlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi