Müdafiə Nazirliyi: Təmas xəttində yaranan gərginlik hələ də davam edir

Müdafiə Nazirliyi: Təmas xəttində yaranan gərginlik hələ də davam edir ​Düşmənin döyüş texnikası, canlı qüvvəsi məhv edilib və digər hərbi infrastrukturu sıradan çıxarılıb
Qarabağ
2 Aprel , 2016 11:09
Müdafiə Nazirliyi: Təmas xəttində yaranan gərginlik hələ də davam edir

Bakı. 2 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu məhv edilib.

Son xəbərlər

Orphus sistemi