Müdafiə Nazirliyi: Son bir həftə ərzində düşmən xeyli sayda itki verib

Müdafiə Nazirliyi: Son bir həftə ərzində düşmən xeyli sayda itki verib "Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir"
Qarabağ
5 Sentyabr , 2015 16:23
Müdafiə Nazirliyi: Son bir həftə ərzində düşmən xeyli sayda itki verib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Cəbhəboyu zonada vəziyyət gərgin olaraq qalmaqdadır. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, həftə ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 834 dəfə pozub: "Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitini qiymətləndirərək düşmənin bütün təxribat və fəaliyyətlərinin qarşısını vaxtında almaqla onun atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 1.017 atəş zərbəsi endirib.

Düşmənə qarşı güc tətbiq etməklə görülən adekvat tədbirlər nəticəsində son bir həftə ərzində müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin 7 nəfər hərbi qulluqçusu məhv edilib və xeyli sayda yaralısı var".
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Son xəbərlər

Orphus sistemi