Müdafiə Nazirliyi: Ermənilərin hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar

Müdafiə Nazirliyi: Ermənilərin hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar Nazirlik: Azərbaycan ordusu heç bir itki verməyib
Qarabağ
25 Yanvar , 2018 11:17
Müdafiə Nazirliyi: Ermənilərin hər tərəfdə gözlərinə Azərbaycan əsgəri görünür və bundan xoflanırlar

Bakı. 25 yanvar. REPORT.AZ/ "Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədi ilə yaydığı xəbərin heç bir əsası yoxdur". 

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

"Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib", - məlumatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi