Müdafiə Nazirliyi: Ermənilər əsgərlərinin ölməsini qəza, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər

Müdafiə Nazirliyi: Ermənilər əsgərlərinin ölməsini qəza, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər “Düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir”
Qarabağ
12 Mart , 2016 12:18
Müdafiə Nazirliyi: Ermənilər əsgərlərinin ölməsini qəza, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər

Bakı. 12 mart. REPORT.AZ/ “Düşmən tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətinə çatdırmaqla çaşqınlıq yaradır”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma kimi qələmə verirlər. Erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi