Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini 112 dəfə pozublar

Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini 112 dəfə pozublar Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Qarabağ
18 Dekabr , 2017 09:14
Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini 112 dəfə pozublar

Bakı. 18 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi və Qaralar kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Acarlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi