Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi: Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib

    Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir

    Bakı. 17 yanvar. REPORT.AZ/ Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.
    Hərbi qulluqçularımız arasında itki yoxdur.
    Azərbaycan Müdafiə Nazirliyi bir daha bəyan edir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi