Yuxarı
    Bağlamaq

    Azərbaycan Müdafiə Nazirliyi: Düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur

    2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb

    Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbərlərə münasibət bildirib. Azərbaycan MN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, erməni tərəfinin açıqlaması qeyri-ciddi və saxtadır: “Belə ki, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür. Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib”.

    Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası:

    03.01.2015Zabit Karen Qriqoryan
    Əsgər Vardan Mkrtçyan
    05.01.2015Soyadı göstərilməyən 2 hərbi qulluqçu
    05.01.2015Каren Mirzəyan
    17.01.2015Hərbi qulluqçu Arman Arutyunyan
    17.01.2015Маyor Artur Vardevanyan
    20.01.2015Hərbi qulluqçu Suren Pilosyan
    21.01.2015Hərbi qulluqçu Naapet Asatryan
    21.01.2015Kiçik çavuş Arman Udumyan
    23.01.2015Leytenant Karen Qalustyan
    Əsgər Artak Sarkisyan
    26.01.2015Baş leytenant Samvel Zurabyan
    Karen Muradyan
    Zatik Tutxalyan
    29.01.2015Aykaz Barseqyan
    05.02.2015Hərbi qulluqçu Şekspir Akopyan
    11.02.2015Baş leytenant Tiqran Simonyan
    14.02.2015Kiçik çavuş Arman Osipyan
    27.02.2015Albert Safaryan
    28.02.2015Artak Aqekyan
    Ayk Baroyan
    03.03.2015Arsen Karapetyan
    06.03.2015Samvel Mirzəyan
    19.03.2015Akop Xaçaturyan
    Eduard Ayrapetyan
    Arşak Arutyunyan
    Samvel Akopyan
    21.03.2015Çavuş Ayk Marqaryan
    29.03.2015Ovsep Andreasyan
    07.04.2015Baş gizir Ayk Keşioqlyan
    Əsgər Levon Mirzəyan
    10.04.2015Əsgər Artur Arakelyan
    17.04.2015Əsgər Artem Tovmasyan
    08.05.2015Əsgər Arutyun Ambaryan
    29.05.2015Xdr Saroyan
    05.06.2015Mayor Sarkis Maykl S.
    07.06.2015Sirak Gevorqyan
    11.06.2015Edqar Melkonyan
    26.06.2015Müqaviləli Arman Epremyan
    30.06.2015Leytenant Marvik Məlikyan
    05.07.2015Sasun Ziroyan
    Marat Tadevosyan
    22.07.2015Qalust Verdoyan
    05.08.2015Arsen Unanyan
    12.08.2015Siravi Karen Ovanesyan
    16.08.2015İvan Babayan
    19.08.2015Müqaviləli əsgər Aşot Ovanesyan
    03.09.2015Ayk Devoyan
    04.09.2015Marat Xaçanyan
    Arman Stepanyan
    04.09.2015Mayor Qriqor Saakyan
    Mayor Sevak Qasparyan
    Kapitan Taron Sedrakyan
    Gizir Qevorq Vardanyan
    06.09.2015Hərbi qulluqçu Narek Arutyunyan
    18.09.2015Hərbi komisar Derenik Papyan
    21.09.2015Zabit Suren Davtyan
    25.09.2015Hərbi qulluqçular
    Norayr Xaçaturyan
    Robert Mkrtçyan
    Arut Akopyan
    Karen Şaqinyan
    14.10.2015Babken Saruxanyan
    24.10.2015Arutyun Akopyan
    05.11.2015Levon Tonoyan
    06.11.2015Xaçik Poqosyan
    13.11.2015Vaqa Vanoyan
    Mikael Torosyan
    15.11.2015Vardan Mamikonyan
    Aram Aslanyan
    28.11.2015əsgər Qevorq Xaçaturyan
    30.11.2015Bir nəfər həlak olan
    04.12.2015Erik Qriqoryan
    09.12.2015Qarik Avanesyan
    11.12.2015Leytenant Vardan Vardanyan
    12.12.2015Karen Qriqoryan
    18.12.2015Qor Oqanyan
    Aqasi Qriqoryan
    Ruben Aleksanyan
    19.12.2015Sidar Aloyan
    20.12.2015Kəşfiyyat zabiti Taron Karapetyan
    21.12.2015Əsgər Stepan Qalustyan
    25.12.2015Karen Akulyan

    Azərbaycan MN bildirir ki, Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır: “Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

    2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.

    Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi