Müdafiə Nazirliyi: Düşmən o qədər qorxu içindədir ki, hətta qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər

Müdafiə Nazirliyi: Düşmən o qədər qorxu içindədir ki, hətta qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər “Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”
Qarabağ
9 Mart , 2016 12:14
Müdafiə Nazirliyi: Düşmən o qədər qorxu içindədir ki, hətta qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər

Bakı. 9 mart. REPORT.AZ/ “Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.

Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər.

Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”, - nazirlik əlavə edib.

Son xəbərlər

Orphus sistemi