Müdafiə Nazirliyi: Cəbhədə istənilən düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq

Müdafiə Nazirliyi: Cəbhədə istənilən düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq Bakı. 23 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı bəyanat yayıb.
Qarabağ
23 Aprel , 2018 18:15
Müdafiə Nazirliyi: Cəbhədə istənilən düşmən təxribatının qarşısı sərt şəkildə alınacaq
Müdafiə Nazirliyi

Bakı. 23 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı bəyanat yayıb. 

"Report" Müdafə Nazirliyinə istinadən xəbər verir ki, bəyanatda Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmədiyi qeyd olunub.

"Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir. Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq", - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi