Bakı. 2 aprel. REPORT.AZ/ "Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır".
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir.