Müdafiə Nazirliyi: Azərbaycan düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır

Müdafiə Nazirliyi: Azərbaycan düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır "Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir"
Qarabağ
20 Yanvar , 2015 13:43
Müdafiə Nazirliyi: Azərbaycan düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında yayılan məlumatlarla bağlı açıqlama yayıb. “Report”un xəbərinə görə, nazirliyin açıqlamasında bildirilir ki, Ermənistanın KİV-ləri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Son xəbərlər

Orphus sistemi