Bu gecə Ermənistanın artilleriya atəşi nəticəsində Tərtərdə yaşayış evi dağılıb

Bu gecə Ermənistanın artilleriya atəşi nəticəsində Tərtərdə yaşayış evi dağılıb Dağılan ev rayonun Şıxarx qəsəbə sakininə məxsusdur
Qarabağ
24 Aprel , 2016 10:59
Bu gecə Ermənistanın artilleriya atəşi nəticəsində Tərtərdə yaşayış evi dağılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Müdafiə Nazirliyi aprelin 24-ə keçən gecə Ermənistanın artilleriya atəşi nəticəsində dağıdılan evln fotolarını yayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, dağılan ev Tərtər rayonunun Şıxarx qəsəbə sakininə məxsusdur.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, artilleriya qurğularından, həmçinin tanklardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 108 dəfə pozub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.

Son xəbərlər

Orphus sistemi