Yuxarı

​Müdafiə Nazirliyi 8 hərbçinin yaralanması barədə yayılan xəbərlərə münasibət bildirib

“Təəssüflər ki, bəzi yerli elektron KİV-lər də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar”

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi ölkənin 40 hərbi qulluqçusunun mühasirəyə düşməsi, 8 hərbçisinin isə yaralanması barədə yayılan xəbərlərə münasibət bildirib. “Report”un xəbərinə görə, nazirliyin mətbuat xidmətinin yaydığı açıqlamada bu məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

“Bəzi elektron kütləvi informasiya vasitələri guya 40 nəfər hərbi qulluqçumuzun mühasirəyə düşməsi, bir neçə saatlıq atışmadan sonra mühasirədən çıxmağa nail olması və 8 nəfər hərbçimizin yaralanması barədə yalan və təxribat xarakterli məlumatlar yayıblar.

Ermənistanın xüsusi xidmət orqanları, o cümlədən xakerləri tərəfindən məqsədyönlü surətdə yayılan bu xəbərlər həqiqətə uyğun deyil və təəssüflər olsun ki, bəzi yerli elektron kütləvi informasiya vasitələri də düşmən yalanına uyaraq ictimaiyyətimizə yanlış məlumatlar çatdırırlar.

Növbəti dəfə bildiririk ki, cəbhədə baş verən hər bir hadisə ilə bağlı məlumatların yayılmadan əvvəl rəsmi surətdə Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir və vacibdir”, - nazirliyin açıqlamasında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi