Yuxarı
    Bağlamaq

    Müdafiə nazirinin müavini: "Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır"

    General-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

    Moskva. 4 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır".

    "Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və bu kimi vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik". 

    Qeyd edək ki, "Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

    Forum sabah işini davam etdirəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi