Yuxarı

​Müdafiə naziri: "Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır"

Biz regionda sülh, sabitlik və uzunmüddətli inkişaf mövqeyindən çıxış edirik

Bakı. 15 may. REPORT.AZ/ Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edir.

"Report" xəbər verir ki, bunu bazar günü Qəbələdə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bildirib.

"Gürcüstan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Biz regionda sülh, sabitlik və uzunmüddətli inkişaf mövqeyindən çıxış edirik", - deyə Xidaşeli üçtərəfli görüşün yekununda bildirib.

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü nazir Zakir Həsənovun dəvəti ilə Qəbələdə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi