Müdafiə naziri: "Ermənistanın işğalçılıq siyasətinin davam etməsi bölgədəki şəraitə mənfi təsir göstərir"

Müdafiə naziri: "Ermənistanın işğalçılıq siyasətinin davam etməsi bölgədəki şəraitə mənfi təsir göstərir" Zakir Həsənov Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Qarabağ
24 Fevral , 2016 16:33
Müdafiə naziri: Ermənistanın işğalçılıq siyasətinin davam etməsi bölgədəki şəraitə mənfi təsir göstərir

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkədəki səfiri Neboyşa Rodiç ilə görüşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələr arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi