Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb Silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir
Qarabağ
27 Dekabr , 2017 11:38
Müdafiə naziri cəbhəboyu zonadakı zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.
Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.
Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

Son xəbərlər

Orphus sistemi