Yuxarı

Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxış keçirib

Müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib

Bakı. 28 Fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri davam etdirilir.

Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkərək vəziyyətlə tanış olub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq görülən işlərin keyfiyyətini yoxlayan Müdafiə naziri inşaat işlərinin sürətlə davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi