Mübariz Qurbanlı: "Fələstin və Dağlıq Qarabağ münaqişələrilə bağlı qətnamələrə əməl olunsaydı, bu münaqişələr baş verməzdi"

Mübariz Qurbanlı: "Fələstin və Dağlıq Qarabağ münaqişələrilə bağlı qətnamələrə əməl olunsaydı, bu münaqişələr baş verməzdi" Dağlıq Qarabağ münaqişəsi regional əmən amanlığına təhdiddir
Qarabağ
1 İyul , 2016 22:21
Mübariz Qurbanlı: Fələstin və Dağlıq Qarabağ münaqişələrilə bağlı qətnamələrə əməl olunsaydı, bu münaqişələr baş verməzdi

Bakı. 1 iyul. REPORT.AZ / "Fələstin və Dağlıq Qarabağ kimi münaqişələrlə bağlı qəbul olunan qətnamələrə əməl olunsaydı, bu münaqişələr baş verməzdi".

"Report"un məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyi tərəfindən Qüds günü ilə bağlı təşkil edilmiş iftar mərasimi zamanı Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, əlavə edib ki, bəşəriyyətin yaşadığı XXI əsr çox mürəkkəb dövrə təsadüf edir: "Hazırda dünyada 80-ə yaxın münaqişə mövcuddur. 15 il ərzində baş verən münaqişələr zamanı 25 milyondan çox insan həlak olub. Bu münaqişələrdən biri İkinci Dünya müharibəsindən sonra yaranmış və bu günə qədər davam edən Fələstin münaqişəsi, sovetlərin dağılmasından sonra yaranmış münaqişələrdən olan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişələr regional əmin-amanlığa təhdiddir. Onların həlli beynəlxalq qanunlara riayət edilməsidir. Xoşdur ki, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr bu münaqişələrlə bağlı ədalətli mövqe prinsipinə əsaslanır".

M. Qurbanlı çıxışında müsəlman ölkələrin birləşməsinin vacibliyini də vurğulayıb. O deyib ki, Ramazan ayı müsəlmanları birləşdirən ən gözəl aylardan biridir.

Son xəbərlər

Orphus sistemi