Yuxarı
    Bağlamaq

    Erməni silahlı bölmələri Azərbaycan mövqelərini intensiv atəşə tutub

    Düşmən cavab atəşi ilə susdurulub

    Bakı. 6 fevral. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozaraq Azərbaycan mövqelərini intensiv atəşə tutub.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Belə ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Cəvahirli, Novruzlu, Qaraqaşlı, Mərzili, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi