​Mövlud Çavuşoğlu: "Ermənistanla münasibətlər üçün başlıca şərt Azərbaycan torpaqlarının azad olunmasıdır"

​Mövlud Çavuşoğlu: "Ermənistanla münasibətlər üçün başlıca şərt Azərbaycan torpaqlarının azad olunmasıdır" "Bəlli şərtlər yerinə yetirilmədikcə bizim protokolları təsdiqləməyimizdən söz belə gedə bilməz"
Qarabağ
20 Fevral , 2015 14:38
​Mövlud Çavuşoğlu: Ermənistanla münasibətlər üçün başlıca şərt Azərbaycan torpaqlarının azad olunmasıdır

Bakı. 20 fevral. REPORT.AZ/ "Qafqazda vəziyyətin normallaşması üçün bəzi şərtlərin yerinə yetirilməsi lazımdır. Bunun üçün başlıca şərt Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Sabah" qəzetinin Ankaradakı redaksiyasını ziyarəti zamanı deyib.

"İndyədək Ermənistan bu yöndə bir addım belə atmadı. Başqa sözlə, bəlli şərtlər yerinə yetirilmədikcə bizim protokolları təsdiqləməyimizdən söhbət belə gedə bilməz", - nazir vurğulayıb.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabrında Sürixdə imzalanıb. Sənəd hər iki ölkənin parlamentində təsdiqləndikdən sonra qüvvəyə minəcəkdi. Bu il fevralın 16-da Ermənistan prezidenti sənədin parlamentdən geri götürülməsi haqda qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi