​Mövlud Çavuşoğlu: “Ermənistan torpaqlardan çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir”

​Mövlud Çavuşoğlu: “Ermənistan torpaqlardan çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir” ”Hər zaman Azərbaycanın yanındayıq”
Qarabağ
18 May , 2015 11:46
​Mövlud Çavuşoğlu: “Ermənistan torpaqlardan çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir”

Alaniya. 18 may. REPORT.AZ/ “Biz Azərbaycanın hər zaman həm yaxşı, həm də pis günündə yanındayıq... Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmalıdır. Bununla bağlı bizim mövqeyimiz bəllidir. Əlaqələrin normallaşdırması üçün də bilirsiniz ki, bunu şərt qoyuruq”. “Report”un Alaniyada olan əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN başçısı deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanın yanında olub, bundan sonra da belə olacaq: “Ermənistan qondarma iddialarla məşğul olmaqdansa, işğal etdiyi torpaqlardan çıxsın. Bu, sadəcə mənim sözüm deyil. Bunu BMT-nin qətnamələri, Avropa Şurasının və digər beynəlxalq təşkilatların sənədləri də deyir. Torpaqları işğal edən Ermənistan qonşuları ilə yaxşı yola getməyən bir ölkədir. Ermənistan ilk olaraq başqalarının torpaqlarından çıxmağı bacarmalı və başqalarının torpaqlarında gözü olmadığını sübut etməlidir. Biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə edirik”.

Qeyd edək ki, Azərbaycan Parlament Jurnalistləri Birliyinin və Alaniya Qəzetçilər Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup jurnalist Türkiyədə beş günlük səfərdə olub.

Son xəbərlər

Orphus sistemi