Yuxarı

Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçiriləcək

Rusiya XİN-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Moskvada sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin məsləhətləşmələri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk qrupunun həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq.

"Münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək. Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək", - deyə M.Zaxarova bildirib.

XİN sözçüsü vurğulayıb ki, görüşün məqsədi münaqişənin həlli üzrə üç tərəfin səylərinin koordinasiya edilməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi