Yuxarı

Mogerini: "Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli bu gün hər zamankından daha vacibdir"

Aİ-nin ali nümayəndəsi: Qarabağ münaqişəsi zonasında status-kvonun qeyri-sabit olduğu aydın məsələdir

Bakı. 29 fevral. REPORT.AZ/ "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın "Mediamaks" informasiya agentliyinə müsahibəsində deyib.

"Münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi həlli bu gün hər zamankından daha vacibdir", - deyə o bildirib.

Mogerininin fikrincə, Qarabağ münaqişəsi zonasında status-kvonun qeyri-sabit olduğu aydın məsələdir: "Ötən il biz təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan sərhədi boyunca zorakılığın artmasını müşahidə edirdik. Ağır silahlardan istifadə olunurdu, hədəfə isə mülki əhali düşürdü".

Aİ-nin ali nümayəndəsinin fikrincə, tərəflərin bu yolla getməsinə imkan vermək olmaz. O, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini tam dəstəklədiklərini də vurğulayıb.

F.Mogerininin sözlərinə görə, Aİ bu danışıqlarda əldə olunan istənilən qərarı dəstəkləyəcək: "Vəziyyəti sabitləşdirmək üçün istənilən razılaşdırılmış səy, eləcə də insidentlərin qarşısının alınması mexanizminin yaradılması tərəfimizdən tam dəstək alacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi