Yuxarı
    Bağlamaq

    Moqerini: "Aİ Azərbaycan və Ermənistan arasında etibarın möhkəmləndirilməsinə yardım etməyə hazırdır"

    Avropa İttifaqının ali nümayəndəsi Vyanada Ermənistan prezidenti ilə görüşüb

    Bakı. 16 may. REPORT.AZ/ Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Avstriyanın paytaxtı Vyanada Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

    "Report" erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin aprelin əvvəlində cəbhədə yaşanan gərginlik müzakirə olunub.

    Moqerini Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və münaqişə zonasında etibarın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin reallaşdırılması məsələsində yardım etməyə hazır olduğunu ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi