Bakı. 13 mart.
“Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Moldovanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Serqey Sirbu deyib.
S.Sirbu bildirib ki, ATƏT PA-ya üzv ölkələr arasında sıx əməkdaşlıq olmalıdır.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, münaqişələr sülh yolu ilə həllini tapmalıdır: “Böyük İpək Yolunu sülh, çiçəklənmə yoluna çevirməliyik. Bu platformadan faydalanmaq lazımdır”.