Moldova XİN başçısı: "Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsas götürülərək həll olunmalıdır"

Moldova XİN başçısı: "Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsas götürülərək həll olunmalıdır" Səfir: "Vəziyyətin gərginləşməsinin səbəbi Ermənistan Silahlı Qüvvələrinin qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır"
Qarabağ
7 Aprel , 2016 14:41
Moldova XİN başçısı: Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsas götürülərək həll olunmalıdır

Bakı. 7 aprel. REPORT.AZ/ "Bütün ərazi münaqişələri beynəlxalq hüquq normaları, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında həll olunmalıdır".

"Report" Azərbaycanın Moldovadakı səfirliyi istinadən xəbər verir ki, bunu Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev ilə görüşü zamanı adıçəkilən ölkənin xarici işlər naziri Andrey Qalbur deyib.

Görüş zamanı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı vəziyyət müzakirə edilib.

Azərbaycan səfiri rəsmi Bakının beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu vurğulayıb. 

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, vəziyyətin gərginləşməsinin səbəbi Ermənistan Silahlı Qüvvələrinin qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır və bu, həm də regionda sülh və sabitlik üçün təhlükədir.

Görüşdə həmçinin Azərbaycan və Moldova arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Hökumətlərarası komissiyanın işinin intensivləşdirilməsinin, nazirliklərarası məsləhətləşmələrin keçirilməsinin zəruriliyi qeyd edilib. Nazir səfirliyin fəaliyyətinin digər sahələri barədə də məlumat verilib.

Moldova XİN başçısına Azərbaycan Xarici İşlər Nazirliyinin məktubu, eləcə də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı Azərbaycanın mövqeyini əks etdirən digər sənədlər təqdim edilib.

Son xəbərlər

Orphus sistemi