Bakı. 8 dekabr. REPORT.AZ/ Bu ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin gərginləşməsi fonunda Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun təklifləri əsasında danışıqların bərpa olunmasına çağırır.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Hamburqda keçirilən ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 23-cü iclasında bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda keçirilən görüşlərinin yekunlarına görə əldə olunan razılaşmaların icrasını gözləyir.