"Modern Diplomacy": Türkiyə-Rusiya əməkdaşlığı Bakı və Yerevan arasında sülhün yaranmasına kömək edə bilər

"Modern Diplomacy": Türkiyə-Rusiya əməkdaşlığı Bakı və Yerevan arasında sülhün yaranmasına kömək edə bilər "Qarabağ münaqişəsində vəziyyət kritik nöqtəyə çatıb"
Qarabağ
10 Aprel , 2017 10:52
Modern Diplomacy: Türkiyə-Rusiya əməkdaşlığı Bakı və Yerevan arasında sülhün yaranmasına kömək edə bilər

Bakı. 10 aprel. REPORT.AZ/ "Qarabağ münaqişəsində vəziyyət kritik nöqtəyə çatıb və iştirak edən bütün tərəflər yeni müharibənin qarşısını almaq üçün addımlar atmalıdır".

"Report" xəbər verir ki, bu fikirlər "Modern Diplomacy EU" saytında dərc olunan məqalədə yer alıb.

Müəllif münaqişə tərəflərini onun tezliklə və sülh yolu ilə həll edilməsi üçün real addımlar atmağa çağırıb: "ATƏT anlamalıdır ki, cari münaqişənin tərəfləri arasında sadə menecment qəbuledilməzdir. Münaqişənin həlli uzunmüddətli öhdəliklər olmalıdır. Buraya nizamlanmadan sonra təhlükəsizlik məsələləri, bu ərazilərdən qovulmuş geri qayıtması kimi aspektlər daxildir. Bunu təmin etməməyin alternativi yeni münaqişə olacaq".

Müəllif həmçinin nizamlama üçün müəyyən addımların, o cümlədən regiona beynəlxalq müşahidəçilərin buraxılmasının zəruri olduğunu qeyd edib.

Məqalədə Suriya məsələsində Rusiya-Türkiyə əməkdaşlığının bu ölkələri yaxınlaşdırdığı və bu işgüzar əlaqələrin onların müttəfiqləri - Bakı və Yerevan arasında sülh yaradılması baxımından uğurlu ola biləcəyi göstərilir.

Son xəbərlər

Orphus sistemi