"Modern Diplomacy": Son illərdə ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə yüksək templə köçürülməsi həyata keçirilib

"Modern Diplomacy": Son illərdə ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə yüksək templə köçürülməsi həyata keçirilib Ekspert: "Dünya ictimaiyyəti bu faktlar qarşısında səssiz qalıb"
Qarabağ
19 Yanvar , 2017 13:14
Modern Diplomacy: Son illərdə ermənilərin Azərbaycanın işğal altında olan ərazilərinə yüksək templə köçürülməsi həyata keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Nüfuzlu "Modern Diplomacy" saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edilib.

"Report" xəbər verir ki, məqalənin müəllifi - Belqraddan olan ekspert, tədqiqatçı Aleksandra Krstiç Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi, mədəni və demoqrafik vəziyyətin dəyişdirilməsində ermənilərin nəzarəti altında olan xarici şirkətlərin rolunu qeyd edir. Ekspertin sözlərinə görə, bütün bunlar şirkətlərin öz mənafeləri və xeyirləri, eləcə də Azərbaycan torpaqlarının işğalı prosesinin uzadılması üçün edilir.

"Son illərdə Ermənistandan və başqa ölkələrdən olan erməni miqrantların Azərbaycanın işğal altında olan bu ərazilərinə, o cümlədən Dağlıq Qarabağa bitişik rayonlara yüksək templə köçürülməsi həyata keçirilib. Bu prosesdə ümumerməni fondunun və "Daşnaqsütun" partiyasının rolu böyükdür. Onlar suriyalı erməniləri Ermənistana və işğal edilmiş ərazilərə gəlməyə çağırır və daha yaxşı həyat vəd edir", - müəllif yazıb.

Məqalədə müəllif, həmçinin ermənilərin bir sıra xarici şirkətlərin ağır texnikalarından istifadə etməklə işğal olunmuş ərazilərin resurslarından qeyri-qanuni istifadə etdiyini göstərir. "Özü də bu ərazilərdə resursların istismarı ilə məşğul olan şirkətlərin əksəriyyətinin əsl sahibləri məlum deyil. Çünki onların çoxu offşorlarda qeydiyyatdan keçib", - deyə A.Krstiç vurğulayıb və ermənilərin əkin torpaqlarından yırtıcı kimi istifadə etdiyini bildirib.

Sonda müəllif dünya ictimaiyyətinin bu faktlar qarşısında səssiz qalmasını təəssüflə qeyd edib.

Son xəbərlər

Orphus sistemi