Yuxarı
    Bağlamaq

    ​MN Xankəndi üzərində PUA-nın vurulması xəbərinə münasibət bildirib

    “Düşmən o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir”

    Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə münasibət bildirib.

    Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir: “Bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər. Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər. Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi