Yuxarı
    Bağlamaq

    MN: Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgərin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb

    Açılmış cinayət işi üzrə istintaq davam etdirilir

    Bakı. 23 noyabr. REPORT.AZ/ Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

    Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi