Yuxarı
    Bağlamaq

    MN: Ermənistan sərhəddə təxribat törədib, Azərbaycan ordusu təxirəsalınmaz tədbirlər görüb

    Düşmən Tovuzun Qaralar kəndini iriçaplı silahlardan atəşə tutub

    Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi