MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır "Azərbaycan HHQ ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır"
Qarabağ
17 İyun , 2018 13:01
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır
mod.gov.az

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi üzərində guya Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar həyata keçirməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, MN bu kimi xəbərlərin yayılmasını düşmənin növbəti informasiya avantyurası adlandırıb.

"Bu gün bəzi yerli elektron informasiya vasitələri guya Xankəndi üzərində Ermənistana məxsus “qırıcı” təyyarələrin uçuşlar keçirməsi ilə bağlı erməni mətbuatının yaydığı xəbəri tirajlayıb.

Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeroportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.

İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və Mi-8 nəqliyyat helikopteri müşahidə olunur", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi