Yuxarı

MN: ​Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir, hərbi qulluqçumuz şəhid olub

Düşmənə veriləcək cavab sarsıdıcı olacaq

"Düşmənə veriləcək cavab sarsıdıcı olacaq"

Bakı. 14 aprel. REPORT.AZ/ "Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin bölmələri vəziyyəti gərginləşdirməkdə davam edir".

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Rüstəm Oruc oğlu Əhmədov şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

"Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq", - deyə nazirliyin məlumatında qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi