MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 82 dəfə pozub

MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 82 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
15 May , 2015 09:55
MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 82 dəfə pozub

Bakı. 15 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirliyin məlumatına görə, Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu,Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi