MN: Düşmənin təxribat qrupu məhv edilib

MN: Düşmənin təxribat qrupu məhv edilib "Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir"
Qarabağ
2 Mart , 2017 12:29
MN: Düşmənin təxribat qrupu məhv edilib

Bakı. 2 mart. REPORT.AZ/ Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

"Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir", - deyə, nazirliyin məlumatında vurğulanıb.

Son xəbərlər

Orphus sistemi