Yuxarı

MN: Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir

Nazirlik bildirir ki, bu, Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində onların itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlik bildirir ki, bu, Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

"Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir", - məlumatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi