Yuxarı
    Bağlamaq

    Misir mətbuatında 20 Yanvar hadisələri ilə bağlı məqalə dərc edilib

    Səfir Ş.Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi haqqında oxuculara ətraflı məlumat verir

    BAKI. 25 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Misirin geniş oxucu kütləsinə malik “Əl-Masr Əl-Yaum” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin məqaləsi dərc olunub.

    "Report"un AzərTAc-a istinadən verdiyi xəərə görə, yazida səfir Ş.Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 1980-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 Yanvar faciəsinə aparan yol haqqında oxuculara ətraflı məlumat verir.

    Məqalədə 20 yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir, yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir.

    Vurğulanır ki, Sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və dövlət müstəqilliyini yenidən bərpa edib.

    Səfir məqaləsində qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu xüsusilə diqqətə çatdırır.

    Xalqımızın müstəqilliyin ilk illərində bir sıra siyasi və iqtisadi çətinliklərlə, xüsusən də ölkə ərazilərinin 20 faizinin işğalına gətirib çıxaran erməni təcavüzü ilə üzləşdiyini xatırladan müəllif ölkə rəhbərliyinin apardığı hərtərəfli islahatlar nəticəsində Azərbaycanın hazırda yüksək templərlə inkişaf etdiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi